Elm və Texnologiya
3 dəqiqə oxuma
Kosmik əkinçilik
İnsanların Ayda və hətta Marsda kәnd tәsәrrüfatı mәhsulları yetişdirə bildiyi dünya təsəvvür edin.
Kosmik əkinçilik
FP Qlobal Kosmik Fermerlik Kiçik Şəkli
10 saat əvvəl

Bu bizә fantastika kimi görünә bilәr, lakin yavaş-yavaş reallığa çevrilir. Bu gün insanlara digər planetlərdə yaşamağa və kәnd təsərrüfatı ilә mәşğul olmalarına  imkan verә biləcək bir kәşf haqqında danışacağıq. Türk alimləri həm Yer kürəsində, həm də kosmosda ‘‘Schrenkiella parvula’’(Sçerenkiella pervula)  adlı bitki üzərində təcrübələr aparırlar. Bu bitki kosmosda kәnd tәsәrrüfatı mәhsullarının yetişdirilmәsindә kritik rol oynaya bilәr. Gəlin, bu tәcrübәyә birlikdә nәzәr salaq.

Tədqiqatın rəhbəri, dosent Özgür Uzilday bildirib ki, insanın hәyatı bitkilәrdәn asılıdır. Onlar bizi oksigen və qida ilә tәmin edir. Lakin başqa planetlərdə yaşamaq istəyiriksə, qarşımızda ciddi problem dayanır. Bu problem  "reqolit" adlanan torpaqdır. Bu, kosmosda olan torpaq növüdür. Yer kürəsindəki torpaqdan tamamilə fərqlidir. Bu zәhәrli torpaq zərərli duzlar və metallar ehtiva edir.

Özgür Uzilday ‘‘reqolit’’in üst təbəqələrinin bizim istehlak etdiyimiz bitkilərin köklərinin inkişaf etmәsinә mane olduğunu, hәmçinin Yer kürəsinin torpağı kimi suyu saxlamadığını söylәyib.

‘‘Schrenkiella parvula’’ bitkisinin әhәmiyyәtinә diqqәt çәkmәk istәyirik.  Bu kiçik, dözümlü bitki Türkiyədәki Duz Gölü yaxınlığında bitir və duzlu şəraitdə yetişir. ‘’Schrenkiella parvula’’ duzu hüceyrələrində saxlaya bilən bitki növüdür, sәrt iqlimә dözümlüdür vә xrom, bor və litium kimi kimyəvi maddələrә mәruz qaldıqda belә zәrәr görmür.

Ancaq kosmosdakı yeganә problem ‘‘reqolit’’in tərkibi deyil. Digәr problem isә  bu bitkilərin cazibə qüvvәsi olmayan mühitdә yetişib-yetişmәyәcәyidir. Türk alimlәri bunu araşdırmaq üçün önәmli addım atdılar.

2024-cü il yanvarın 18-dә Türkiyənin ilk astronavtı Alper Gezeravcı ‘‘Schrenkiella parvula’’nın 50-dən çox toxumunu Beynəlxalq Kosmik Stansiyaya apardı. Toxumlar stansiyanın laboratoriyasında  əkildi, Ay və ya Marsa bənzər şəraitdə yetişdirildi. Bәs bu addım hansı mәqsәdlә atıldı? Mәqsәd bu bitki növünün kosmos şәraitindә yetişib-yetişmәyәcәyini öyrәnmәk idi.

Belәliklә istәnilәn nәticә әldә olundu vә toxumlar cücərdi. Alimlər çox hәyәcanlı idilər. Bitkilәr sәkkiz gün әrzindә gözlәntilәri ötdü. Tәcrübәnin maraq doğuran hissәsi isә bitkilәrin köklәrinin hansı istiqamәtdә böyüyәcәyi idi. Yer üzündəki bitkilərin köklәri cazibə qüvvәsinin tәsiri ilә aşağıya doğru böyüyür. Lakin kosmosda köklər cazibə qüvvәsinin olmaması səbəbindən gözlənilməz istiqamətlərdə böyüdü. Buna baxmayaraq, bitki zәrәr görmәdi.

Alper Gezeravcı Yer kürәsinә qayıtmazdan əvvəl kosmosda yetişdirilmiş nümunələri topladı və mənfi 80 dərəcə Selsidə qorudu. Nümunələr fevralın 29-da Ege Universitetinə çatdırıldı. Alimlər daha sonra kosmosda yetişdirilən bitkiləri Yer kürəsində bitәnlәr ilə müqayisə etdilәr. Alimlәrin mәqsәdi bitkinin yer üzәrindәki kimi dözümlü olub-olmadığını öyrәnmәk idi. Qeyd etmәliyik ki, tәcrübәlәr uğurlu nәticәlәr verәrsә bu bitki kosmik kolonizasiya mövzusundakı әn böyük problemlәrdәn birini hәll edәcәk.

Özgür Uzilday ‘’Schrenkiella parvula’’ bitkisinin örtük olaraq istifadә olunmasını tәklif edib. Onun sözlәrinә görә, bu bitki Ay vә Marsdakı sıx, zəhərli ‘’reqolit’’in parçalanmasına vә mәhsuldar torpağa çevirmәsinә sәbәb ola bilәr. Bu kosmosda bitkilәrin yetişdirilmәsi baxımından çox önәmlidir.

Bəs bütün bunlar nə mәnaya gәlir? Türkiyәdә bitәn bu bitki növü digər planetləri insan həyatı üçün uyğun hala gәtirmәkdә ilk addım ola bilər. Bu bitkinin sәrt şәraitә davamlı olması  bizə Yer kürəsindən kənarda kənd təsərrüfatının gələcəyi baxımından ümid verir.



MƏNBƏ:TRT Global
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us