Türkiyə
3 min read
Rәcәb Tayyib Ərdoğan G20 Liderlər sammitindә Qәzza ilә bağlı çağırış etdi
Rәcәb Tayyib Ərdoğan G20 Liderlər sammitindә Qəzzada atəşkəsin tәmin edilmәsi ilә bağlı etdiyi çağırışı təkrarlayıb
Rәcәb Tayyib Ərdoğan G20 Liderlər sammitindә Qәzza ilә bağlı çağırış etdi
Erdogan
19 dekabr 2024 г.

“Sosial inteqrasiya, aclıq və yoxsulluqla mübarizə” sessiyasında iştirak edən prezident Rәcәb Tayyib Ərdoğan Qəzzada baş verən humanitar fəlakətin qarşısının alınması üçün atәşkәslә bağlı çağırışını bir daha tәkrarlayıb.

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 19-da Braziliyada keçirilən G20 Liderlər Sammitinin ‘’Sosial inteqrasiya, aclıq və yoxsulluqla mübarizə’’ sessiyasında iştirak edәrәk Qәzzada dәrhal atәşkәsin tәmin edilmәsi ilә әlaqәdar çağırış edib.

Rәcәb Tayyib Ərdoğan deyib: “Qəzzada baş verən humanitar fəlakətin qarşısını almaq üçün bir daha dərhal və daimi atəşkəsə çağırıram. Əhalinin 96 faizi, yәni iki milyondan çox insanın sağlam qida və suya çıxışı yoxdur”.

Qəzzada aclıq riskinin beynəlxalq təsnifatlara görə ‘’fəlakətli hәddә’’  çatdığına diqqət çəkən Rәcәb Tayyib Ərdoğan bildirib ki, hücumların intensivlәşmәsi və qış mövsümünün yaxınlaşması ilə Qəzza xalqının vəziyyəti günü-gündən pisləşir.

Türkiyənin bölgəyə 86 min tondan çox humanitar yardım çatdırdığını deyən R.T.Ərdoğan Livana edilən yardımın həcminin 1300 tonu keçdiyini qeyd edib.

Prezident hər 10 nəfərdən birinin aclıqla mübarizə apardığı dünyada 9 il əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tәrәfindәn qəbul edilәn “2030 davamlı inkişaf məqsədləri”nə nail olmaq üçün göstərilən səylərin hələ də gözlənilən nəticəni vermədiyini bəyan edib.

Türkiyənin dünyada ehtiyacı olanlara yardım etməyi özünә borç bildiyini vә bunu әnәnәyә çevirdiyini bildirәn Rәcәb Tayyib Әrdoğan Braziliyanın “Aclıq və qoxsulluğa qarşı qlobal birlik” tәşәbbüsünü vəzifə kimi deyil, mənəvi məsuliyyət kimi gördüklərini ifadə etdi.

Prezident Ərdoğan Qəzza başda olmaqla Yaxın Şərq, Afrika və Asiyada, baş verən münaqişələr nəticəsində həyatı məhv olmuş mülki insanların sahibsiz buraxılmamasının vacibliyini vurğulayıb. 

 “Sıfır tullantı layihəsi’’ qlobal hərəkata çevrilir

Rәcәb Tayyib Ərdoğan Türkiyənin dünyanın ən əhatəli sosial təminat sistemlərindən birinə sahib olduğunu vurğulayaraq, müxtəlif ərzaq təhlükəsizliyi təşəbbüslərində fəal rol oynamağı humanitar xarici siyasətin mühüm hissәsi kimi gördüklərini bildirib.

O, həmçinin bəyan edib ki, Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü qlobal ərzaq qiymətlərinin sürətlə artmasının qarşısını alıb və aclıq riskinin azaldılmasına töhfə verib.

Rәcәb Tayyib Әrdoğan  əlavə edib ki, 2015-ci ildə G20-nin sədrliyi zamanı hazırlanmış və təsdiq üçün təqdim edilmiş “G20-nin әrzaq təhlükəsizliyi və davamlı qida sistemləri üzrə fəaliyyət planı” bir çox hökumətləri istiqamətləndirib.

“Ətraf mühitin çirklənməsinin qarşısını almaq və qənaət mədəniyyətini təşviq etmək üçün başlatdığımız “Sıfır tullantı layihəsi” qısa zamanda qlobal hərəkata çevrildi. Martın 30-u Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. İnanıram ki, “Aclıq və yoxsulluğa qarşı qlobal birlik”tәşәbbüsü öz prioritetləri sırasına qida tullantılarının azaldılması və sıfır tullantı təşəbbüslərini daxil etməlidir”,-deyә Türkiyә prezidenti vurğulayıb.

Prezident Ərdoğan hәmçinin hər uşağın, hər gəncin, hər yaşlının kifayət qədər və sağlam qidaya çıxışının olduğu bir dünya üçün Türkiyənin hər zaman əməkdaşlığa hazır olduğunu vurğulayıb.

MƏNBƏ:TRT Azerbaycan
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us