Dünya
4 min read
Yaponiyada güclü zəlzələ gözlənilir
limlər "meqa-zəlzələ", yәni tarixi yenidən formalaşdıra biləcək vә yüz minlərlə insanın hәyatına mәnfi tәsir göstәrә bilәcәk tәbii fәlakәt barәdә xәbәrdarlıq edirlәr
Yaponiyada güclü zəlzələ gözlənilir
deprem
19 dekabr 2024 г.

 Yaponiya yüksək həyəcan vəziyyətindədir. Alimlər "meqa-zəlzələ", yәni tarixi yenidən formalaşdıra biləcək vә yüz minlərlə insanın hәyatına mәnfi tәsir göstәrә bilәcәk tәbii fәlakәt barәdә xәbәrdarlıq edirlәr. ‘’Meqa-zəlzələ’’ nədir və baş verәn digər zəlzələlərdən necə fərqlənir? Yerin üst qatı niyә titrәyir?Gәlin yeraltı tәkanların niyә baş verdiyinә nәzәr salaq. Yer sәthi düşündüyümüz qәdәr möhkәm deyil. Yer qabığı tektonik hәrәkәtlәr sәbәbindәn yaranan maye qaya tәbәqәsi üzәrindә üzәn pazla oxşayır. Yerin sәthindәki bu hәrәkәtlilik yerin titrәmәsinә sәbәb olur.

Hәr gün minlәrlә dәfә zәlzәlә baş verir, lakin yeraltı tәkanların әksәriyyәti  o qədər kiçikdir ki, yalnız seysmoqraf adlanan xüsusi cihazlarla ölçülә bilər.

Zəlzələnin gücü Rixter şkalası ilə 1-dən 10-a qədər ölçülür. Yalnız Rixter şkalası üzrә 5 maqnitudalı zәlzәlә əşyalara vә binalara zәrәr verә bilәr. Daha güclü zәlzәlәlәr isә bütün regionların təhlükəsizliyinə böyük təsir göstərir. "Meqa-zəlzələ" isә Rixter cәdvәli üzrә 8.0 vә daha güclü zәlzәlәdir. Bu o deməkdir ki, titrəyişlər o qədər şiddətli və intensivdir ki, tamamilə landşaftı dəyişə bilər. Bu növ titrәmәlәr həmçinin sunamilərə, torpaq sürüşmələrinə və hətta yanğınlara səbəb ola bilər.Zəlzələnin maqnitudası həm də onun enerji dәrәcәsini göstərir. Mәlumata görә,  7.0 maqnitudalı zəlzələ təxminən beş yüz min ton TNT-nin partlaması qədər enerjiyә malikdir. İkinci Dünya Müharibəsi zamanı Hiroşimaya atılan atom bombası cəmi on beş min ton TNT-yə bərabər enerjiyә malikdi. Yәni 7.0 maqnitudalı zəlzələ eyni anda partlayan 30 atom bombasının gücünә malikdir. 8.0 maqnitudalı zəlzələ isә 7.0 maqnitudalı zəlzələdən təxminən 1,000 dəfə çox gücә malikdir. Bu tək bir hadisədə cəmləşmiş nəhəng enerji miqdarıdır və bəzi regionlar  mәsәlәn Yaponiya kimi – bu vәziyyәtә öyrәşib. Yaponiya dünyanın seysmik cəhətdən ən aktiv ölkələrindən biridir. Yaponlar üçün zəlzələlər həyatın bir parçasıdır. Yaponiyadakı zəlzələlərin əksəriyyəti o qədər kiçikdir ki, heç kim onları hiss etmir, lakin bəzən bölgәni silkələyən əhəmiyyətli təkanlar olur. Əslində adanın cənubunda yerlәşәn Nankai çökəkliyi Yaponiya tarixinin ən güclü zəlzələlərindən bərinin yaşandığı bir ərazidir. Çökəklik Tokio yaxınlığındakı Şizu-okadan Kyuşu adasının cənubunadәk uzanan dərin sualtı qırılma xәttidir. Bu, Yaponiyanın üzәrindә yerlәşәn Avrasiya plitәsi ilә Filippin okean plitәsinin  birlәşmә nöqtəsidir. Okean plitəsi quru plitəsinin altına sürüşəndə, quru plitəsinin kənarını özü ilə aşağı çəkir və nәticәdә gərginliyә sәbәb olur. Belәliklә aşağı çəkilən quru plitəsi öz əyilmə limitinə çatır və qəfildən yerinə qayıdır. Bu proses zəlzələyə səbəb olur. Bu zəlzələlər Nankai meqa-təzyiq zəlzələləri adlanır və həmişə çox güclü olur. Bu meqa-zəlzələlərin bəziləri hətta ardıcıl şəklində baş verib. Mәsәlәn 1707-ci ildə baş verәn güclü zәlzәlә Fuci dağının püskürməsinə səbəb oldu. İndi Yaponiya hökuməti bu ərazidə yenidən baş verəcək meqa-zəlzələ barәdә xəbərdarlıq edib.

Yaponiya Meteorologiya Xidmәti 2011-ci idә baş verәn dağıdıcı zәlzәlә vә sunamidәn sonra bir xәbәrdarlıq yayımladı. Bu hadisә 18,500 insanın hәyatını itirmәsinә vә Fukuşimadakı nüvә fәlakәtinә sәbәb olmuşdu.

Meteorologiya xidmәtinin mәlumatına görә, Nankai çökəkliyində baş verәcәk zəlzələlər Yaponiyanın cənubundakı sahilyani әrazilәrdә güclü sunamilərə də səbəb ola bilər. Məhz buna görə xəbərdarlıq çox ciddi qəbul edilir.

Ancaq qeyd etmәliyik ki, bu xәbәrdarlıq bu yaxınlarda  böyük zəlzələnin baş verәcәyi mәnaya gәlmir. Bu, zəlzələ ehtimalının normaldan yüksək olduğunu göstərir. Ekspertlər deyir ki, növbəti üç onillikdə 8.0 və ya daha yüksək maqnitudalı zəlzələnin baş vermə ehtimalı 70%-dir. Әn pis ssenari baş versə, 300,000  min  adam hәyatını itirә bilәr, hәtta magistral yollar, limanlar və elektrik şəbəkələri kimi həyati əhəmiyyət kәsb edәn infrastruktur obyektlәri mәhv ola bilәr.

Bəs insanlar bütün bunlara necə reaksiya verməlidir? Bu xәbәrdarlıq Yaponiyada zəlzələ zonalarında yaşayanlara sadə, amma vacib ehtiyat tədbirləri görmələrini xatırladır. Bura ağır mebelin təhlükəsizliyinin təmin edilməsi, qida, su ilә təchiz edilmiş təcili yardım dəstinin hazırlanması və ən yaxın təxliyə marşrutlarını bilmək daxildir.

Yapon alimləri bu meqa-zəlzələlərin risklərini azaltmaq üçün işləyirlər. Bu, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, infrastrukturun gücləndirilməsi və seysmik fəaliyyət haqqında daha çox tədqiqatın aparılması deməkdir.

Məsələn, Yaponiyanın "Zəlzələ xəbərdarlıq sistemi" yeraltı tәkanlar baş verməzdən əvvəl xəbərdarlıq edәrәk saysız-hesabsız həyat xilas edib və insanlara hərəkət etmək üçün həlledici vaxt verib.

Yaponiya həmçinin infrastrukturu zəlzələlərə və sunamilərə davamlı hala gәtirmәk üçün ciddi işlәr görür. Bunun üçün köhnә binalar vә infrastruktur güclәndirilir. Məqsəd zərəri minimuma endirmək və mümkün qədər çox insanın  təhlükəsizliyini tәmin etmәkdir.

Beləliklə, meqa-zəlzələlər qorxuducu olsa da, Yaponiyanın gördüyü tədbirlər ümid verir. Zəlzələlərin arxasındakı elm onların nə qədər qeyri-proqnozlaşdırılan və dağıdıcı ola biləcəyini göstərsə də, panikaya qapılmamaq, əksinə hazırlaşmaq vacibdir . Bunu etməyin ən yaxşı yolu məlumatlı və hazır olmaqdır.

MƏNBƏ:TRT Azerbaycan
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us