Süni intellekt işə qəbul proseslərində alqoritmik ayrı-seçkilik edir
Mütəxəssislər süni intellekti öyrədən məlumatların müəyyən qruplara qarşı qərəzli olduğunu və bunun işə qəbul proseslərində ayrı-seçkiliyə səbəb olduğunu bildirirlər
Süni intellekt işə qəbul proseslərində alqoritmik ayrı-seçkilik edir
FAYL FOTOSU: Bu təsvirlə əldə edilmiş kompüter ana lövhəsində AI (Süni İntellekt) hərfləri və robot əli yerləşdirilmişdir, 23 iyun 2023-cü il. REUTERS/Dado Ruvic/İllüstrasiya/Fayl Fotosu
19 dekabr 2024 г.

Müasir dünyada işə qəbul mütəxəssisləri insanların irq, cinsiyyət, dil və dini mənsubiyyətlərinə görə alqoritmik ayrı-seçkilik etdikləri iddia olunan süni intellekt  dəstəkli rəqəmsal filtrləmə sistemlərindən istifadə edirlər.  İstanbul İbn Haldun Universitetinin Hüquq fakültəsinin Mülki Hüquq üzrə professoru Yeliz Bozkurt Gümrükçüoğlu Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada “Meta”, “Google” və “Amazon” kimi texnologiya nəhənglərinin zamana qənaət etmək üçün bu tip avtomatlaşdırılmış filtrləmə vasitələrindən istifadə etdiklərini söylədi.  O, süni intellekti öyrədən məlumatların müəyyən qruplara qarşı qərəzlər daşıdığını və nəticədə bu qruplara qarşı mənfi qərarlar verərək alqoritmik ayrı-seçkilik yarandığını vurğuladı. Bu alətləri hazırlayanların qərəzlərinin də süni intellekt dəstəkli işə qəbul proseslərində ədalətsizliyə yol açdığını qeyd edib. Bütün bunların nəticəsində daha az sayda qaradərili insanın və qadının süni intellekt filtrlərindən keçə bildiyini bildirdi. Y.B.Gümrükçüoğlu bu problemin bir çox ölkədə məhkəmə işlərinə səbəb olduğunu və ilk dəfə “Amazon” ilə bağlı bir işdə ortaya çıxdığını qeyd etdi və ““Amazon” işə qəbul alqoritmini son on ildə qəbul edilmiş namizədlərin məlumatları əsasında hazırlamışdı və onların əksəriyyəti kişilər idi. Filtrləmə tətbiq edildikdə isə qadın namizədlər birbaşa xaric edildi” deyə vurğuladı. 

“Eyni şəkildə, 2018-ci ildə ABŞ-da “Facebook” da ayrı-seçkilik edən filtrləmə ilə bağlı bir hadisədə gündəmə gəldi. Danimarka hökuməti eyni səbəbdən adıçəkilən sosial media platformasına inzibati cərimə tətbiq etdi”, Y.B.Gümrükçüoğlu.   

 

Musiqi və saç stili

Məsələ bununla bitmir. Gümrükçüoğlu bəzi namizədlərin ənənəvi Afrika saç modellərinə sahib olduqları, miqrantların sıx yaşadığı bölgələrdə məskunlaşdıqları, hətta müəyyən sənətçiləri və musiqi janrlarını dinlədikləri üçün işə qəbul alqoritmləri tərəfindən xaric edildiyini bildirdi. 

Bu işə qəbul üçün rəqəmsal filtrlərindən istifadə edən investorların  və şirkətlərin insan haqlarını və dəyərlərini nəzərə almalarının vacibliyini vurğulayan professor səlahiyyətli qurumların və hökumətlərin etik pozuntulara xüsusi diqqət yetirməli olduğunu qeyd etdi. “Məsələn, Avropa İttifaqı (Aİ) süni intellektin bu sahədə istifadəsinin risklərinə dair bir tənzimləmə tətbiq etmək qərarı aldı” dedi. İşə qəbulda süni intellektin istifadəsi ilə bağlı ayrı-seçkiliyin qarşısını almaq üçün qlobal bir tənzimləməyə ehtiyac ola biləcəyini qeyd etdi.  “İnformasiyalrımız düzgün qorunmadıqca rəqəmsal izlərimiz şirkətlərin əlinə keçir və buna görə də artıq yalnız tərcümeyi-hallarımıza görə qiymətləndirilmirik. Bu məlumatlar bizi dəyərləndirmək üçün bir meyar kimi istifadə edilə bilər. Türkiyədə də vəziyyət belədir” deyə vurğuladı. Y.B.Gümrükçüoğlu bunları əlavə etdi : “Filtrləmə alqoritmlərinin daha şəffaf olması və qəbul etdikləri qərarlara görə məsuliyyət daşıması üçün təkmilləşdirilməsi lazımdır. Buna görə qarşımızda iki seçim var. Süni intellektin hazırkı sürətlə inkişafına icazə verəcəyik, ya da bir az yavaşlayıb etik çərçivədə irəliləyəcəyik? Bu sualın cavabını qarşıdakı dövrdə görəcəyik.” 

MƏNBƏ:TRT Azerbaycan
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us