Dünya
3 min read
"Mədəniyyət oğurluğu": Lüks dəb yerli dizaynları mənimsəyir
Tanınmış brendlər ictimai-mədəni əhəmiyyətə malik motiv və simvolları sadəcə moda ifadəsinə çevirərək yerli icmaların mədəniyyətini mənimsəyir. Bu hal mübahisələrə səbəb olmağa davam edir. Modanın fərqli mədəniyyətlərdən ilham alması qəbul edilə bilər, lakin dizaynları mənimsəmək və ya oğurlamaq dünyada həm hüquqi, həm də etik nəticələrə səbəb ola bilər
"Mədəniyyət oğurluğu": Lüks dəb yerli dizaynları mənimsəyir
#NIM41 : Inqilab Günü
23 dekabr 2024 г.

Son günlərdə Meksika prezidenti Andre Manuel Lopez Obradorun həyat yoldaşı Beatriz Qutierrez Müller lüks bir markanı yerli dizaynları oğurlamaqda ittiham edib və firma üzr istəmək məcburiyyətində qalıb. “Bu işi sevgi ilə və mənfəət güdmədən həyata keçirən yerli icmalara vurduğunuz zərəri qarşılamağınızı ümid edirəm” deyən Müller yerli motivlərin istifadəsini qanunsuz və etik olmayan bir hərəkət kimi qiymətləndirib. 

Bu hadisələr yenilik deyil. Rəssam Sariah Park “TRT World”ə verdiyi açıqlamada “Həmin markanın bütün imperiyası qəsbkarlıq üzərində qurulub” deyib.

Mədəniyyətin mənimsənməsi başqa bir mədəniyyəti təqlid, yanlış təqdim etmək və ondan faydalanmaqdır. Adətən yerli dizaynerlərin xəbəri olmadan və onların hüquqları ödənilmədən edilir. Parkın fikrincə bu, “mədəniyyət oğurluğu” ABŞ-da ilk əlaqənin qurulduğu gündən bəri davam edir. Rəssam bu qəsbin yeni olmadığını, lakin Müllerin təşəbbüsü ilə bu haqsızlığa diqqət çəkildiyini bildirir. “Çox vaxt mədəniyyətin mənimsənməsi ciddi bir məsələ və ya mübarizə aparmağa dəyər bir mövzu olaraq görülmür. Halbuki bu, dünyadakı yerli icmalara hər gün təsir edən real və ciddi nəticələrə malikdir”,- deyə o əlavə edir. 

Meksika hökuməti bir çox məşhur marka barədə oxşar şikayətlər edib. 

 

Sonsuz nümunələr 

Yerli ənənəvi geyimləri, tətbiqləri, dilləri, mərasimləri və rəqsləri istifadə etmək ABŞ-da 1830-cu illərdən 1978-ci ildə qəbul edilən Yerli Əhalinin Dini Azadlığı Qanununa qədər qadağan idi. 

Moda markaları yerlilərin mədəniyyətini mənimsəyərkən bu icmaların yaşadığı tarixi travmanı görməzdən gəlir. “TRT World”ə danışan lüks pərakəndə satış mütəxəssisi Şanti Amalanathan “Dəbli geyim markaları uzun müddətdir ki, yerli dizaynları mənimsəyir və bu dizaynların tarixi və mədəni mənasını ya da icmalar üçün əhəmiyyətini tam anlamır” deyir. “Bu icmalar dizaynlarını nəsildən-nəsilə ötürmək üçün həftələr, aylar, hətta illər sərf edirlər. Brendlər bu dizaynları mənimsəyərək həmin icmalara hörmətsizlik edir. Hətta sizi təmsil etməyimiz bizim üçün bir ayrıcalıqdır deyirlər” deyə əlavə edir. 

 

Mədəniyyətə hörmət 

Park və Amalanathan müxtəlif institutlarda yerli moda və moda idarəçiliyini tədris edir.

Park öz dərsini izah edərkən “Bəlkə də daha çox moda dizayneri onun tarixini Avropa mərkəzli baxış bucağından kənarda öyrənsə, mədəniyyətin mənimsənməsinin niyə zərərli olduğunu başa düşərlər” deyir. 

Moda üzrə magistr tələbəsi 31 yaşlı Eko Malleo muzeylərdə sərgilənən yerli geyim və moda obyektləri üzərində araşdırmalar aparır. Malleo “Sadəcə ABŞ-da yüzlərlə fərqli yerli icma var amma markalar dizaynları mənimsəyərkən bu müxtəlifliyi nəzərə almırlar” deyir.

Şanti Amalanathan əlavə edir: “Mövcud istehlakçılar əsas sosial və mədəni ideyalardan çox mənşəyi bilinən və orijinal məhsullara üstünlük verir.” 

 

Özünəməxsusluq və əməkdaşlıq 

Amalanathan mədəni dizaynları mənimsəmədən təqdir etməyin mümkün olduğunu bildirir. “Həm tələbatı yüksək moda markaları, həm də lüks markalar dəyişiklikləri həyata keçirmək üçün yerli icmalara səs verməlidir” deyə o qeyd edir. 

Sariah Park “Mədəni təqdir yerli dizaynerləri dəstəkləmək və onların sənətkarlığını qorumaq üçün birbaşa yerli icmalarla işləmək deməkdir” deyə əlavə edir. 

Yeni yerli moda dizaynerləri artıq öz səslərini duyuraraq keçmişdə ilişib qalmış stereotipləri yıxır. Malleo isə “Müştərilər birbaşa yerli dizaynerlərə müraciət edərək əsl sənət əsərlərinə sahib ola bilərlər” deyə məsləhət görür.

MƏNBƏ:TRT Azerbaycan
TRT Global'ı göz atın. Geri bildiriminizi paylaşın!
Contact us