"Çaydan dənizə qədər Fәlәstin azad olacaq’’ şüarını eşitmisinizmi? Bu, fələstinlilər və onların hüquqlarını müdafiə edənlər tərəfindən istifadə olunan ifadədir. Bir çoxu üçün azadlığı və sülhü təmsil edir. Fəallar bu şüarın insanları bir araya gәtirdiyini və 76 ildir İsrailin işğalı altında yaşayan fələstinlilərә ümid və ilham verdyini deyir. Lakin İsrail tərəfdarı qruplar və hökumətlər bu şüara əks reaksiya göstәrir. Media və texnologiya şirkətləri belә bu şüara senzura tәtbiq edir.
Bəs "Çaydan dənizə qədər Fәlәstin azad olacaq’’ ifadəsi niyә bu qədər mübahisəlәrә sәbәb olub? Gəlin, bu şüarın tarixinә və mənasına nәzәr salaq. Bu ifadənin kökündə fələstinlilərin azadlığı fikri dayanır. Şüardakı "çay" İordan çayı, "dəniz" isə Aralıq dənizini ifadә edir. Beləliklə, bu şüar iki su hövzəsi arasında müstəqil Fələstin dövlətinin yaradılması ilә әlaqәdar çağırışdır. Bu ifadə fələstinlilərin öz torpaqlarına olan dərin bağlılığı ilә yanaşı müstəmləkəçiliyə son qoyulmağa hayqırır. Nəsillər boyu Fələstin folklorunda və inqilabi mahnılarında təkrarlanan bir mövzudur.
Hər şey 1947-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Fələstini iki dövlətə bölmək üçün səs verməsi ilə başladı: biri yəhudilər, digəri isә ərəblər üçün. Bu səsvermədən sonra regionda zorakılıq baş qaldırdı və sionist silahlılar fələstinliləri evlərindən və torpaqlarından qovmağa başladılar. Hadisə ərəbcə "fəlakət" mənasını verən Nəkbə adlandırıldı və İsrail dövlətinin yaradılması ilə nəticələndi. Təxminən 700 min fələstinli öz evlərindən qovuldu. Bu faciə indi Fələstin mәsәlәsinin әsas problemi və fәlәstinlilәrin hüquqları və dövlətinin tanınması uğrunda aparılan mübarizənin xatırladıcısıdır.
Nəkbədən sonra fələstinlilər "çaydan dənizə qədər" ifadəsini torpaqlarının qaytarılması və azad yaşamaq ümidinin rəmzi kimi istifadə ediblər. Lakin bu gün İsrail Qəzzanı bombalayarkən tәrәfdarları bu ifadənin mənasını dəyişdirməyə çalışırlar. Onlar bunu “Həmas”ı dəstəkləyən şüar kimi qələmə verir vә İsraili məhv etmək çağırışı olduğunu iddia edirlər. 2023-cü ildə ‘’YouTube’’da yayımlanan videoda ABŞ-da fәaliyyәt göstәrәn yəhudi komitəsi bu ifadəni "yəhudilərə qarşı çağırış" adlandırdı. Lakin ekspertlər bunun əksini söyləyirlәr.
Amerikalı tarixçi Maha Nassar “Həmas”la əlaqələndirmənin həqiqətə uyğun olmadığını bildirərək 2018-ci ildə "Çaydan dənizə qədər ifadəsi sizin düşündüyünüz mənanı vermir" adlı məqaləsini dərc etdirdi. O yazır: “Bu şüar müqavimət qrupu yaradılmazdan çox əvvəl istifadə olunub və fələstinlilərə öz torpaqlarına bağlılıqlarını, milli iddialarını, azadlıq istəklərini və sülhә dair baxışlarını ifadә etmәyә imkan verir. İfadә “fələstinlilərin Fələstinin bütün ərazilərindən olduqları” mәnasını daşıyır vә Fәlәstin әrazisinin İordan çayının yaxınlığındakı Erihadan Aralıq dәnizi sahilindәki Yafayadәk uzandığı deməkdir”. Bütün bunlara baxmayaraq, İsrail tәrәfdarı bәzi qruplar vә adamlar şüara mənfi yanaşmanı davam etdirirlər. “Çaydan dənizə qədər Fәlәstin azad olacaq” fikri xüsusilə 2023-cü ildə baş verən son münaqişədən sonra geniş yayılıb.
Böyük Britaniyanın keçmiş daxili işlər naziri Suella Braverman Londonda keçirilәn Fәlәstinә dәstәk nümayişlərini "nifrət yürüşləri" adlandırdı. O, bu ifadənin “İsraili xəritədən silmək cәhdi” kimi qəbul edilməli olduğunu iddia etdi. “Sky News”a müsahibәsində S.Braverman etirazların "nifrət yürüşləri" olduğuna inandığını söyləyib və hətta polisin nümayişçilərə lazımi qәdәr güc tәtbiq etmәdiyindən narazı oldu. O, Böyük Britaniyada keçirilәn parlament seçkiləri ərəfəsində bu ritorikasına görə vəzifəsindən götürüldü.
Avstriya polisi də Suella Bravermana bənzər bir yanaşma nümayiş etdirdi. Onlar paytaxt Vyanada keçirilməsi nəzərdə tutulan Fələstin tərəfdarlarının etiraz aksiyasına bu ifadənin dəvətnamələrdə yer alması səbəbindən qadağa qoydular. Polis də bu şüarı “zorakılığa çağırış” kimi qiymətləndirdi. Ümumiyyətlə, bu ifadə dәfәrәrlә oxşar reaksiyalarla üzlәşib.
2018-ci ildə CNN afroamerikalı müəllif və fəal Mark Lamont Hilli BMT tədbirində "Çaydan dənizə qədər Fәlәstin azad olacaq" sözlərini işlәtdiyinә görә işdən çıxardı. Hill öz çıxışını müdafiə edərək bildirib ki, “Bu, heç nəyi və ya heç kimi məhv etmək çağırışı deyil, həm İsraildə, həm də İordan çayının qәrb sahilində, Qəzzada ədalətin tәmin olunması ilә bağlı fikirdir’’. Medianın tәzyiqlәrinә baxmayaraq, M.L.Hill və bir çox fəallar bu şüarı sülh çağırışı kimi müdafiəyə davam edirlər.
Dünyamız qütbləşdikcə eşitdiyimiz və gördüyümüz şeylərin arxasındakı mәnanı və tarixini öyrənmək üçün vaxt ayırmalıyıq.
"Çaydan dənizə qədər" ifadəsi baxış bucağınızdan asılı olaraq fərqli mənalar daşıya bilər, lakin fələstinlilər və onların tərəfdarları üçün işğaldan azad gələcəyə bir ümidi simvollaşdırır.